"Neftçi"nin məşqçisi: "Abşeron"la qarşılaşma bizim üçün önəmli idi"
Yeniliklərdən dərhal xəbərdar olun
"Abşeron"la qarşılaşma bizim üçün önəmli idi.
"Report" xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının XV turunda "Abşeron"la oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:
"İlk olaraq oyunçularımızı və azarkeşləri qələbə münasibətilə təbrik edirəm. Bu, bizim üçün önəmli qarşılaşma idi. Oyun ərzində müdafiəni düzgün qursaq, ribaundlara və ötürmələrə nəzarət etsək, hər zaman qələbə qazana bilərik. Komandamızın yüksək potensialı var".
Qeyd edək ki, "Neftçi" - "Abşeron" matçı birincilərin 80:56 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...