"Neftçi" Misli Premyer Liqasında "Araz-Naxçıvan"ı məğlub etdi
Misli Premyer Liqasının XVIII turu çərçivəsində "Neftçi" öz meydanında "Araz-Naxçıvan"ı 4:0 hesabı ilə məğlub edib.
BAKU.WS xəbər verir ki, matçın qolları erkən dəqiqələrdə vurulmağa başlayıb: 4-cü dəqiqədə İqor Ribeyro fərqlənib, 40-cı dəqiqədə Bassala Sambu, 84-cü dəqiqədə Alessio Kurçi, 90+2-ci dəqiqədə isə Vensan Abubakar hesabı tamamlayıb.
Bu qələbə sayəsində "Neftçi" xallarını 24-ə çatdıraraq turnir cədvəlində 7-ci pilləyə yüksəlib. "Araz-Naxçıvan" isə 27 xalla 6-cı sırada qalıb.
Tur çərçivəsində digər oyunlarda isə belə nəticələr qeydə alınıb:
-
"Sumqayıt" – "Karvan-Yevlax" 2:0
-
"Qəbələ" – "İmişli" 3:2
-
"Şamaxı" – "Kəpəz" 2:0
-
"Sabah" – "Zirə" 3:1
Günün digər oyununda "Qarabağ" "Turan Tovuz" ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Xizək yarışı üzrə Heydər Əliyev Kubokuna yekun vurulub
Azərbaycan Qış İdman Növləri Federasiyasının dəstəyi və "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı ilə böyüklər arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev...