"Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib
20
apr
2026
19:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXVIII turunda "Zirə"nin "Neftçi" ilə matçda qolu qaydalar çərçivəsində vurmadığını təsdiqləyib.
O, milli assosiasiyanın mətbuat xidmətinə açıqlamasında həmin epizodda oyundan kənar vəziyyət olduğunu söyləyib.
Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olub. VAR-da Nicat İsmayıllı əyləşib.
Xatırladaq ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Zirə"nin futbolçusu Brahim Konate oyunun əsas vaxtının əlavə dəqiqələrində bərabərlik qolunu vurub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...