"Neftçi" futbolçu İmad Farajın Tunisin "Esperans" klubuna keçdiyini açıqlayıb

Neftçi futbolçu İmad Farajın Tunisin Esperans klubuna keçdiyini açıqlayıb
İdman 22

"Neftçi"nin futbolçusu İmad Farajın Tunisin "Esperans" klubuna keçib.

BAKU.WS xəbər verir ki, bu barədə "Neftçi" məlumat yayıb.

"Ağ-qaralar" "Esperans"ın transferlə bağlı təklifini və 27 yaşlı fransalı vingerin karyerasını yeni klubda davam etdirmək istəyini nəzərə alaraq, təklifi müsbət qiymətləndirib.

Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və razılıq əldə olunub.

2025-ci ilin iyul ayında Kiprin AEK (Larnaka) klubundan "Neftçi"yə transfer olunan İmad Faraj bir mövsüm ərzində komandanın heyətində 34 rəsmi oyunda meydana çıxıb. O, bu görüşlərdə 7 qol və 6 məhsuldar ötürmə ilə hadda qalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər