"Neftçi" dünya ulduzu ilə danışıqlar aparır
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni mövsümə hazırlaşan "Neftçi" heyətini dünya ulduzu ilə gücləndirə bilər.
BAKU.WS sportinfo.az-a istinadən xəbər verir ki, "ağ qaralar" Duqlas Koşta ilə danışıqlar aparır.
"Yuventus" və "Bavariya" kimi dünya nəhənglərinin formasını geyinmiş məşhur braziliyalı futbol azarkeşlərinə yaxşı tanışdır.
O, Almaniya nəhəngində keçirdiyi 97 görüşdə 15 qol, 30 məhsuldar ötürmə ilə yadda qalıb.
"Yuventus" formasında meydana çıxdığı 103 görüşə 10 qol, 21 məhsuldar ötürmə sığdıra bilib.
Braziliya millisində 31 oyun keçirmiş ulduz futbolçu 2024-cü ilin yayından "Sidney"də çıxış edir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...