"Neftçi"nin növbəti mərhələdəki rəqibi bəlli oldu

Neftçinin növbəti mərhələdəki rəqibi bəlli oldu
İdman 205

"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "ağ-qaralar" bu raundda Avstriyanın "Rapid" (Vyana) klubu ilə üz-üzə gələcək.

İlk matçda Polşanın "Lexiya" (Qdansk) kollektivi ilə qolsuz heç-heçə edən komanda səfərdəki cavab qarşılaşmasında 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Neftçi" "Rapid"a qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Avstriyada keçirəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər