“Neftçi”də hakimlərdən narazılıq: “Özünə başqa peşə axtarsın, ayıbdır” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” AFFA-nın təşkil etdiyi U-14 Liqasında “Sabah”ın U-14 komandasına qarşı yarımfinal matçında hakim qərarından narazı qalıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, “ağ-qaralar” bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
78-ci dəqiqədə “Neftçi” bərabərlik qolunu vursa da, hakim oyundankənar vəziyyət qeydə alıb. Paylaşıma rəy yazan əksər istifadəçilər hakimin yanlış qərar verdiyini qeyd ediblər. Bəzilərinə görə isə o, ofsaydı düzgün qeydə alıb.
“Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev isə şəxsi “Facebook” səhifəsində bunları yazıb: “Heç olmasa uşaq futbolunda bunu eləməyin də… Buna oyundan kənar deyən hakim özünə başqa peşə axtarsın. Ayıbdır…”Qarşılaşmanın baş hakimi Murad Səlimov olub. Ona Rasim Axundov və Zakir Şükürzadə kömək ediblər.
Qeyd edək ki, matç “Sabah”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...