"Neftçi" Şamaxıdakı ilk oyunda əzmkar qələbə qazanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, turun açılış matçında "Şamaxı" və "Neftçi" komandaları üz-üzə gəlib. Şamaxı şəhər stadionundakı ilk qarşılaşma kimi tarixə düşən matç qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşmada ilk qol 10-cu dəqiqədə vurulub. "Neftçi"nin "Şamaxı"da icarədə olan futbolçusu Rəhman Hacıyev cərimə zərbəsini dəqiq yerinə yetirərək, müqavilə üzrə məxsus olduğu klubu məyus edib. İlk yarı "Şamaxı"nın üstünlüyü ilə başa çatıb - 1:0.
Fasilədən sonra fəallığını artıran "Neftçi" 60-cı dəqiqədə bərabəlik qoluna imza atıb. Braziliyalı forvard Tiaqo Bezerra əks-hücumu dəqiq zərbə ilə tamamlayıb. 72-ci dəqiqədə isə onun həmyerlisi Ramon Maçado çoxgedişli kombinasiyadan sonra komandasının qələbə topunu vurub.
Bununla da "Neftçi" xalını 41-ə çatdıraraq, ikinci pillədə möhkəmlənib. 20 xala malik "Keşlə" isə 6-cı mövqedə qalıb.
Qalereya
Oxşar xəbərlər
"Qarabağ" "Qəbələ"ni böyük hesabla məğlub etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun son oyunu keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Azersun Arena"da "Qarabağ" və "Qəbələ" ko...