“Neftçi” - “Jelezniçar” matçı üçün “Iticket.az”da biletlərin hamısı satılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-də, saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” - “Jelezniçar” matçı üçün “Iticket.az”da biletlərin hamısı satılıb.
BAKU.WS xəbər verir ki, klub bu haqda rəsmi feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.
Bildirilir ki, bundan sonra yalnız 1A sektoru üçün oyun günü bilet əldə etmək mümkün olacaq.
Qiyməti 3 manat olan biletlər saat 10:00-dan etibarən görüşün reallaşacağı 8-ci km stadionunun kassalarında satışda olacaq.
Qeyd edək ki, "Neftçi" Bosniya və Herseqovina təmsilçisi ilə səfərdə keçirilən qarşılaşmadan bərabərliklə (2:2) ayrılmışdı.
Oxşar xəbərlər
Konfrans Liqası: "Neftçi" Bosniya və Herseqovinadan sərfəli nəticə ilə qayıdır - YENİLƏNİB
"Neftçi" UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb. Ağ-qaralar" II təsnifat mərhələsinin ilk oyununda Bosniya və Herseqovinada "Jelezniça...