Mustafa Koç: Bakıdakı kurslarda məşqçiliklə bağlı yaxşı biliklərə yiyələndim

Mustafa Koç: Bakıdakı kurslarda məşqçiliklə bağlı yaxşı biliklərə yiyələndim
İdman 8

Türkiyə yığmasının voleybolçusu Mustafa Koç Bakıda təşkil olunan "FİVB Level-2" kurslarında məşqçilik fəaliyyətinə başlamaq üçün çox yaxşı biliklərə yiyələnib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, idmançı bunu jurnalistlərə açıqlamasında deyib.

O, kursun çox gözəl təşkil olunduğunu vurğulayıb:

"Türkiyə yığmasının oyunçusuyam və əsas peşəkar liqada çıxış edirəm. Əvvəlki kursda Türkiyədən çox sayda iştirakçı olub. Bu, bizdə də maraq oyadıb və gəlib bu kursdan yararlanmaq istədik. Çox gözəl bir təşkilatçılıq var. Təxminən 1 həftədir buradayıq. Oyunçuluqdan fərqli olaraq, məşqçilik təcrübəsinə addım atmaq üçün çox yaxşı şeylər öyrəndik və bu səviyyədə özümüzü inkişaf etdirdik. Burada əməyi keçən, bizi qonaq edən hər kəsə çox təşəkkür edirik. Azərbaycanda olmaqdan çox xoşbəxtik".

Qeyd edək ki, seminara iyunun 5-də yekun vurulacaq. Təlimlərdə Azərbaycanla yanaşı, Türkiyə, Avstraliya, Kipr, İran, Hindistan, Ukrayna, İsrail və Belarusdan olan məşqçi və mütəxəssislər iştirak edirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər