Murad Musayev: "Bu cür komandaları udmağın yollarını tapmalıyıq"

Murad Musayev: Bu cür komandaları udmağın yollarını tapmalıyıq
İdman 71

"Qol şanslarından yararlana bilmədik. Əvvəlki matçlarda xeyli güc sərf etmişdik. Havanın da təsiri oldu. Amma heç bir problem yoxdur. Yolumuza davam edirik".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Səbail"lə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, bu mövsüm bir çox komanda onlara qarşı belə qapalı oynayacaq: "Kollektivlər arasında ciddi səviyyə fərqi yoxdur. Azarkeşlərin oyundan zövq almasına çalışırıq. "Səbail" kimi komandaları udmağın yollarını tapmalıyıq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər