Morata: İstanbul derbisi Madrid derbisindən daha böyükdür

"Qalatasaray"ın yeni ulduzu Alvaro Morata İspaniya mətbuatına müsahibə verib.
BAKU.WS xəbər verir ki, ispan hücumçu derbide yaşadığı atmosfer və "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo barədə da danışıb.
Morata bildirib ki, Türkiyənin ən böyük klubu olan "Qalatasaray"da ailəsi ilə birlikdə təcrübə yaşamaq fürsəti olub: "İstanbula getməyə qərar verdim. Bir az qəribə olsa da, gələn yanvar ayına qədər müqaviləm var. Orada qalmağım lazım olsa da, mənim üçün problem deyil. Xoşbəxtəm, yaxşı adaptasiya oldum, amma "Milan"la müqaviləm var".
İspan futbolçu türk dilini öyrəndiyini söyləyib: "Türkcə öyrənirəm, bir az dərs alıram və əlaqə qura bilirəm. İstəyirəm daxil olum. Axı, bu başqa bir mədəniyyətdir. İnsanlara çox hörmət edirəm. Türkiyədə insanlar çox zərif və çox hörmətlidir".
"Qalatasaray"da daha uzun müddət qalmaq istəyirsənmi?" sualına Alvaro Morata: "Bəli, onların da bunu istəməsi lazımdır. Bu klubda çox xoşbəxtəm. Mənimlə çox yaxşı davranırlar və çox xoşbəxtəm"-deyə cavab verib.
Mourinyo ilə bağlı danışan Alvaro Morata bunları deyib: "Həqiqət budur ki, Mourinyoya çox böyük hörmətim və sevgim var, çünki mənə ilk dəfə oynama fürsəti vermişdi. Amma bəlkə də danışmaq üçün Türkiyədən ayrılmağımızı gözləməliyik".
"Qalatasaray" - "Fənərbağça" matçı barədə danışan ispan futbolçu bu derbinin Madrid derbisindən və Madrid-Barsa rəqabətindən daha güclü olduğunu deyib: "Bundan böyük rəqabət görməmişəm. Oyunu idarə etmək üçün xarici hakim gəldi. Stadionda 30 mindən çox polis var idi. İnanılmazdı."
Oxşar xəbərlər
2027-ci ildə Çempionlar Liqasının finalı Bakıda yox, Madriddə oynanılacaq
Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etməyəcək. "Report" xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin icl...
