“Molde”nin futbolçusu “Qarabağ”ın heyətində çəkindiyi oyunçunun adını açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ”ın heyətində Marko Yankoviçi xüsusi fərqləndirərdim. O, çox təhlükəli futbolçudur”.
“Report”un məlumatına görə, bunu Norveçin “Molde” klubunun futbolçusu Emil Breyvik “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.
23 yaşlı yarımmüdafiəçi Bakıda onları çətin oyunun gözlədiyini söyləyib: “Səfərimiz yaxşı keçdi, birbaşa reys idi. Yorğunluq hiss etmirik. “Qarabağ”ın heyətində 2020-ci ildən xatırladığım futbolçu Kevin Medinadır”.
Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB - 7
"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offun cavab oyununda Sloveniya "Olimpiya"sın...