MOK-un baş katibi Azər Əliyev EYOF komissiyasının iclasında iştirak edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Belçikanın paytaxtı Brüsseldə Avropa Gənclər Olimpiya Festivalının (EYOF) üzvü olduğu komissiyasının iclasında iştirak edib.
BAKU.WS-in MOK-un mətbuat xidmətinə istinadən məlumatına görə, əvvəlcə festivalın təşkilatçıları tərəfindən tədbir iştirakçılarına Friuli Venesiya Juliua-2023 Qış və Maribor-2023 Yay Olimpiya festivallarının hesabatları təqdim olunub.
Sonra Bakuriani Borjomi-2025 Qış və Skopye-2025 Yay Olimpiya festivallarının gedişatı ilə bağlı ətraflı müzakirələr aparılıb, festival çərçivəsində yarışların keçiriləcəyi idman qurğuları, idmançıların qalacaqları bina və obyektlərlə tanışlıq olub.
Görüşdə EYOF-un gələcək plan və strategiyaları, gənc səfirlər, idmançıların təhlükəsizliyi və qarşıdakı digər yarışlar barədə müzakirələr aparılıb.
Oxşar xəbərlər
Azərbaycanın XVII Avropa Gənclər Olimpiya Festivalının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşdi
Bu gün Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalına yekun vurulacaq. Yarışların son günündə 6 idman növü üzrə qaliblərin ad...