MMA-da rekord: 9 saniyəyə rəqibinə qalib gəldi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xorvatiyada təşkil olunan MMA turnirində mübarizə cəmi 9 saniyə davam edib.
BAKU.WS xəbər verir ki, idmançılardan biri heç bir zərbə almadan döyüşü dayandırıb.
"Fight Nation Championship" turnirində bosniyalı döyüşçü Adi Durakoviç hakimə döyüşdən çəkildiyini bildirib. Qələbə argentinalı Fransisko Barrioya verilib.
"Sinəmdə şiddətli ağrı hiss etdim və gözüm qaralmağa başladı. Hakimin yanına getdim və dedim ki, mənə nəsə olub. Bu yadımda qalan son şeydir. Təcili yardım maşınında oyandım və yenidən huşumu itirdim. Növbəti dəfə artıq xəstəxanada ayıldım. Həkim mənə bir neçə dəfə huşumu itirdiyimi izah etdi", - deyə Adi Durakoviç vurğulayıb.
Oxşar xəbərlər
"Azərbaycanlı Terminator"dan inanılmaz qələbə: Sınıq əllə rinqdə rəqibə aman vermədi (VİDEO)
Ötən gün Bakıya qayıdan “Azərbaycanın Terminatoru” ləqəbli döyüşçü Taleh Nəcəfzadə möhtəşəm qələbə qazanıb. BAKU.WS-in məlumatına görə, M 1 –Global turniri çərç...