Premyer Liqa: XVI tura start verilir
Misli Premyer Liqasında XVI tura bu gün start veriləcək.
BAKU.WS xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.
Yevlax şəhər stadionunda "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək.
Gəncə təmsilçisi 15 oyundan sonra 9 xalla 10-cu, Tovuz klubu isə 14 matçdan 24 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura dekabrın 22-də yekun vurulacaq.
Misli Premyer Liqası
XVI tur
19 dekabr
14:00. "Kəpəz" - "Turan Tovuz"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov;
VAR: Nicat İsmayıllı;
AVAR: Şirmamed Mamedov;
Hakim-inspektor: Orxan Məmmədov;
AFFA nümayəndəsi: Namiq Əliyev;
Yevlax şəhər stadionu.
Oxşar xəbərlər
Nəriman üçün icazə alındı: ABŞ-yə gedir
"Kolambus Kryu" klubu ilə anlaşan Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin ABŞ-yə getmək üçün iş icazəsi alınıb. BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər v...