Minifutbol üzrə Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa bu axşam çıxacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan ilə üz-üzə gələcək.
Matç "Tipos Arena"da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu gün həmçinin 1/8 finalda Rumıniya - Avstriya, Yunanıstan - Serbiya, Çexiya - Monteneqro görüşləri baş tutacaq.
Azərbaycan - Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya - Monteneqro duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.
Xatırladaq ki, turnir iyunun 4-də başa çatacaq. Azərbaycan millisi daha əvvəl Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri olub.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub. BAKU.WS xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Bab...