Millimizin yeni baş məşqçisi müəyyənləşib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın qadın boksçulardan ibarət millisinin yeni baş məşqçisi müəyyənləşib.
BAKU.WS Boks Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, yığma İlkin Ağayevə həvalə edilib.
Onun qarşısına qadın boksunun inkişafı, beynəlxalq arenada uğurlu çıxış məqsədi qoyulub.
36 yaşlı mütəxəssis boksçu karyerasında yeniyetmələr arasında dünya birinciliyinin qızıl və gümüş medalçısı olub, Avropa birinciliyində finala kimi yüksəlib. Dəfələrlə Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibi olub, 2017-ci ildən isə məşqçi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, İlkin Ağayev son 3 ildə qadınlardan ibarət Azərbaycan yığmasında çalışıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...