Millimizin qapıçısından xadiməyə qarşı təqdirəlayiq davranış - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin futzalçısı Rövşən Hüseynli Avropa çempionatının seçmə mərhələsinin Moldova ilə səfər oyununda inamlı çıxışı ilə yanaşı, xanıma qarşı ibrətamiz davranışı ilə diqqət çəkib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 30 yaşlı qapıçı ilk hissənin başa çatmasına 3 dəqiqə qalmış rəqib oyunçunun zərbəsinin qarşısını alarkən yerə yıxılıb.
Tezliklə ayağa qalxan Hüseynli bərpa məşqi etdiyi vaxt kənarda əyləşən təmizlik işçisi dərhal meydana daxil olaraq, yeri silmək istəyib. Bu zaman millinin qapıçısı dərhal xadimənin əlindən döşəməsiləni alıb və bu işi özü görüb.
Oxşar xəbərlər
“Ailəmi bura gətirməyəcəm” - Millimizin yeni baş məşqçisi - VİDEO
Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin “Qafqazinfo”ya müsahibəsi: - Öncə milli komandanın baş məşqçisi postuna aldığınız dəvətdən və...