"Milan"ın qapıçısı irqçiliyə məruz qalıb

21
yan
2024
22:25
İtaliyanın "Milan" klubunun qapıçısı Mayk Menyan irqçiliyə məruz qalıb.
Hadisə komandanın "Udineze"ni səfərdə məğlub etdiyi A Seriyasının XXI turunun oyununda baş verib.
Qarşılaşmanın ilk hissəsində azarkeşlər fransalı qolkiperi fitə basıblar və meydana əşyalar atıblar. Bu səbəbdən baş hakim Fabio Mareska 32-ci dəqiqədə görüşü bir müddət dayandırıb. Mayk Menyan isə paltardəyişmə otağına yollanıb.
Daha sonra matç bərpa olunub və "Milan" 3:2 hesablı qələbə qazanıb.//Report.az
Oxşar xəbərlər
Konfrans Liqası: "Sabah" penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb - YENİLƏNİB - 9
"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub. Q...
