Mikayıl Cabbarov dünya çempionatında uğurlu çıxış edən Azərbaycan güləşçilərini təbrik edib

Mikayıl Cabbarov dünya çempionatında uğurlu çıxış edən Azərbaycan güləşçilərini təbrik edib
İdman 30

Yunan-Roma güləşçilərimiz ilk dəfə U-23 dünya çempionatında qızıl medal qazanmaqla yeni rekorda nail olublar.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" hesabında yazıb.

"Medalların əyarına görə özünün ən yaxşı nəticəsini gerçəkləşdirən komandamızın məşqçi heyətini, medal qazanan güləşçilərimizi və onların ailə üzvlərini təbrik edir, gələcək yarışlarda parlaq qələbələrinin davamını gətirmələrini arzulayırıq", - deyə M. Cabbarov bildirib.

Qeyd edək ki, Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında Azərbaycan yunan-Roma güləşçiləri – Elmir Əliyev (55 kq) və Ruslan Nurullayev (72 kq) müvafiq olaraq qızıl və bürünc medal qazanıblar.

Son xəbərlər