"Meydana "qırmızı" almağa yox, futbol oynamağa çıxıram"
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev öz aqressivliyindən danışıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə sabah Çempionlar Liqasının əsas mərhələsində "Çelsi"yə qarşı keçiriləcək oyundan öncə keçirilən mətbuat konfransında bildirib.
"Xarakterim elədir ki, aqressivlik var. Çılğın görürəm. Hər zaman məşq edirəm ki, xarakterimə də təsir etsin. Özümü hazırlamağa çalışıram", - futbolçu bildirib.
"Sabah "Çelsi"nin sağ cinahında Estevao oynayacaq və o sizə qırmızı vərəqə aldırmağa çalışacaq. Buna hazırsınız?" sualına isə E.Cəfərquliyev belə cavab verib: "Bu cür oyunlarda temp yüksək olur. Rəqibin gücü bəllidir. Amma meydana "qırmızı" almağa yox, futbol oynamağa çıxıram".
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...