Messi futbol tarixində daha bir rekorda imza atıb
Yeniliklərdən dərhal xəbərdar olun
Argentina millisinin əfsanəvi hücumçusu Lionel Messi futbol tarixində daha bir uğura imza atıb.
BAKU.WS xəbər verir ki, yaydığı məlumata əsasən, 38 yaşlı ulduz futbolçu Puerto Riko ilə keçirilən yoldaşlıq görüşündə iki məhsuldar ötürmə verərək yeni rekorda sahib çıxıb. Bu nəticə ilə Messinin Argentina millisi ilə etdiyi assistlərin sayı 60-a çatıb.
Beləliklə, o, milli səviyyədə ən çox qol ötürməsi edən oyunçu titulunu ələ keçirib. Əvvəlki liderlər Braziliyadan Neymar və ABŞ-dən Landon Donovan - hərəyə 58 assistlə Messi ilə müqayisədə geridə qalıblar.
Qeyd edək ki, Argentina bu qarşılaşmada Puerto Rikonun qapısından 6 cavabsız top keçirərək qələbə qazanıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...