Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik"
Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının yarımfinalında İngiltərə üzərində qazanılan 2:1 hesablı qələbəni dəyərləndirib.
BAKU.WS xəbər verir ki, təcrübəli hücumçunun sözlərinə görə, komanda rəqibdən futbol baxımından üstün olduğuna əmin idi və bunu meydanda sübut edib.
"İngiltərəyə uduzsaydıq, böyük narazılıq yaranardı. Biz buna imkan vermədik. Futbol baxımından onlardan üstün olduğumuzu bilirdik", - deyə Messi qeyd edib.
Xatırladaq ki, ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatının finalında Argentina millisi İspaniya ilə qarşılaşacaq. Həlledici oyun iyulun 19-da baş tutacaq.
Oxşar xəbərlər
DÇ-2026: Ən çox qolu kim vurub?
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatında bombardirlər siyahısında gərgin mübarizə davam edir. BAKU.WS xəbər verir ki,...