Messi "Barselona"nı 125 illik yubileyi münasibətilə təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 29-da Barselonanın 125 yaşı tamam olur. Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi Kataloniya klubunu yubileyi münasibətilə təbrik edib.
BAKU.WS "Catalunya Radio"ya istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Barselona"nı 125 illik yubileyi münasibətilə təbrik edirəm. Bu klubun və onun azarkeşinin bir hissəsi olmaq mənim üçün böyük şərəfdir. Xoşbəxtəm ki, Allah məni bu yerə çatdırıb. Bu xüsusi klubdur.
Klub, şəhər, insanlar üçün darıxıram. Ümid edirəm ki, biz uğur qazanmağa davam edəcəyik və bu klubu daha böyük və daha yaxşı edəcəyik", - deyə Messi bildirib.
Xatırladaq ki, Messi 2000-ci ildən 2021-ci ilə kimi "Barselona"da çıxış edib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...