Messi 117-ci qolunu vurdu - 911-ci dəfə fərqləndi

Messi 117-ci qolunu vurdu - 911-ci dəfə fərqləndi
İdman 73

Argentina millisinin kapitanı Lionel Messi yığmanın heyətində 117-ci qolunu vurub.

BAKU.WS xəbər verir ki, 38 yaşlı hücumçu bu göstəriciyə İslandiya ilə keçirilən və komandasının 3:0 hesablı qələbəsi ilə başa çatan yoldaşlıq görüşündə imza atıb. Messi milli komandadakı 199-cu oyununda növbəti dəfə fərqlənərək rekordunu daha da yaxşılaşdırıb.

Təcrübəli futbolçu peşəkar karyerası ərzində bütün turnirlər nəzərə alınmaqla ümumilikdə 911 qol vurub. O, bu qolların 672-ni İspaniyanın "Barselona" klubunda, 32-ni Fransanın PSJ komandasında, 90-nı isə hazırda formasını geyindiyi ABŞ təmsilçisi "İnter Mayami"də rəqib qapılarından keçirib.

Qeyd edək ki, Argentina millisi 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatında J qrupunda Əlcəzair, Avstriya və İordaniya yığmaları ilə mübarizə aparacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər