Məşhur riyaziyyatçıdan sensasion proqnoz: Dünya çempionu Niderland olacaq
Almaniyalı riyaziyyatçı Yoaxim Klement 2026-cı il futbol üzrə Dünya Çempionatının qalibini proqnozlaşdırıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.
Klementin hesablamalarına görə, turnirin əsas favoriti Niderland millisidir. Onun fikrincə, Ronald Kumanın rəhbərlik etdiyi komanda yarımfinalda İspaniyanı məğlub edərək revanş alacaq, finalda isə Kriştianu Ronaldonun çıxış etdiyi Portuqaliya yığmasına qalib gələrək dünya çempionu olacaq.
Riyaziyyatçı hesab edir ki, Avropa təmsilçisi başqa qitədə keçirilən mundialda da zəfər qazanmağı bacaracaq.
Qeyd edək ki, Yoaxim Klement son üç Dünya Çempionatının qaliblərini düzgün proqnozlaşdırması ilə tanınır. O, 2014-cü ildə Braziliyada keçirilən mundialda Almaniyanın, 2018-ci ildə Fransanın, 2022-ci ildə isə Argentinanın çempion olacağını əvvəlcədən dəqiq təxmin etmişdi.
Bundan əvvəl bukmeker şirkətləri də 2026-cı il Dünya Çempionatının finalında iki Avropa millisinin qarşılaşacağı ehtimalının 50 faizdən çox olduğunu bildirmişdilər. Bu nəticəyə mərc etmək üçün əmsal 1,75 olaraq göstərilir.
2026-cı il futbol üzrə Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı dünya çempionu isə Argentina millisidir.
Oxşar xəbərlər
Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
Belarusun BATE klubu UEFA Konfrans Liqasının təsnifat mərhələsinin ev oyunlarını Azərbaycanda keçirəcək. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə "fo...