Mərakeşli müdafiəçi DÇ-də hicabda oynayan ilk futbolçu oldu
30
iyl
2023
23:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mərakeş millisinin müdafiəçisi Nuhayla Benzina dünya çempionatında oynayan ilk hicablı qadın olub.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir, o, turnirdə debütünü Cənubi Koreya ilə ikinci tur matçında edib.
Mərakeş millisi Avstraliya və Yeni Zelandiyada keçirilən dünya çempionatının qrup mərhələsində Cənubi Koreya yığmasına qalib gəlib (1:0).
Nuhayla 90 dəqiqə oynayıb və matçın sonunda sarı vərəqə alıb.
Xatırladaq ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) 2007-ci ildən tətbiq edilən hicab qadağasını 2014-cü ildə ləğv edib.
Oxşar xəbərlər
DÇ-2022: Mərakeş İspaniyanı məğlub edərək 1/4 finala vəsiqə qazanıb - YENİLƏNİB
Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb. Afrika təmsilçisi 1/8 finalda İspaniyanı mübarizədən kənarlaşdıraraq, adını növ...