Merab Dvalişvili: "Nazim döyüşə çıxanda böyük sürprizin şahidi olacaqsınız"

"Biz Nazimlə çoxdan dostluq edirik. Nyu-Yorkda bir yerdə məşq etmişik. Onun UFC-də ilk döyüşünü də izləmişəm. Hazırda biz onunla Las-Veqasda birgə məşq edirik".
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Bakıda keçiriləcək Mütləq Döyüş Çempionatı (UFC) turnirinin ulduz qonağı, superyüngül çəki dərəcəsində UFC çempionu, gürcü döyüşçü Merab Dvalişvili brifinqdə deyib.
Məşhur gürcü döyüşçü də Nazim kimi bildirib ki, ayın 21-də Bakıdakı döyüş gecəsinə sürpriz hazırlayıblar:
"Amma o sürprizin nə olacağını açıqlamaq istəmirəm. Nazim döyüşə çıxanda siz bunu görəcəksiniz".
Qeyd edək ki, "UFC Fight Night" iyunun 21-də "Baku Crystall Hall"da baş tutacaq. Gecənin əsas qarşılaşması keçmiş UFC yarımağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.
Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.
Oxşar xəbərlər
Qurban Qurbanov: "UFC turnirində olacam və hər kəsi döyüşçülərimizi dəstəkləməyə çağırıram"
"Bakıda keçiriləcək UFC turnirində olacam və hər kəsi döyüşçülərimizi dəstəkləməyə çağırıram". BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Qarabağ" fu...
