MDB Oyunları: Azərbaycanın daha bir qarşılaşmada Ermənistana qalib gəldi
Yeniliklərdən dərhal xəbərdar olun
Yeniyetmə və gənclərdən ibarət badminton üzrə Azərbaycan millisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB oyunlarında ilk görüşlərini keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, birinci oyunda Belarusu 4:1 hesabı ilə məğlub edən yığma ikinci turda eyni hesabla Özbəkistana qalib gəlib.
Komanda 3-cü turda Ermənistanı 5:0 hesabı ilə üstələyib.
Milli dairəvi sistem üzrə keçirilən komanda yarışında növbəti görüşlərinə sabah çıxacaq. İlk olaraq Rusiya ilə qarşılaşacaq yığma son turda Qazaxıstanla üz-üzə gələcək. Sabah həmçinin qaliblər müəyyənləşəcək.
Oxşar xəbərlər
“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Neftçi” - “Qalatasaray” oyunu başa çatıb. BAKU.WS xəbər verir ki,...