Mbappe bu gün ehtiyat oyunçular skamyasında qala bilər
Yeniliklərdən dərhal xəbərdar olun
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti bildirib ki, hücumçu Kilian Mbappe "Alaves"lə oyunda start heyətdə olmaya bilər.
BAKU.WS xəbər verir ki, Radio Marca bu barədə X sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunub ki, Ançelotti Mbappeyə istirahət vermək və Endriki bu gün buraxmaq istəyib, lakin Endrik yüngül zədə alıb. İndi onun start heyətində yeri şübhə altındadır.
Xatırladaq ki, İspaniya Primerasının 7-ci turu çərçivəsində sentyabrın 24-də "Real Madrid" - "Alaves" matçı keçiriləcək.
Hazırda "Real Madrid" İspaniya çempionatının cədvəlində 14 xalla "Barselona"dan sonra ikinci yerdədir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...