Mbappe Ançelottinin onu "Real Madrid"də oynatdığı mövqedən narazıdır
Yeniliklərdən dərhal xəbərdar olun
"Real Madrid"in fransız hücumçusu Kilian Mbappe özünün lazımsız mövqedə istifadə edildiyinə inanır.
BAKU.WS xəbər verir ki, bu barədə İspaniyanın "Sport.es" nəşri məlumat yayıb.
Mənbənin məlunatına görə, fransalı "Los Blancos"un baş məşqçisi Karlo Ançelottinin taktiki sxemlərində mərkəz hücumçusu kimi çıxış etməsini bəyənmir.
Futbolçunun hücum cinahlarında istifadə olunacağı təqdirdə daha çox fayda gətirəcəyinə və daha çox qol vuracağına əmin olduğu vurğulanır.
Xatırladaq ki, Mbappe cari mövsüm başlamazdan əvvəl "Real Madrid"ə keçib. 15 oyunda fransız səkkiz qol vurub, iki məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...