Mauro İkardidən hakimlərə kəskin etiraz - “Bu bir utanc, ilin ən böyük soyğunu” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə baş tutan Türkiyə kubokunun 1/4 finalında "Başakşehir”lə oyunda mübarizədən kənarlaşdırılan "Qalatasaray"ın ulduzu Mauro İkardi matçdan sonra sensasiya dolu paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, özünün 10 milyon izləyicisi olan hesabında oyundan görüntülər paylaşaraq, “Qəsd var, bu utancvericidir, bu skandaldır, ilin ən böyük soyğunçuluğudur”, - ifadələrini yazıb və hakim səhvlərinə diqqət çəkib.
Qeyd edək ki, Türkiyə kubokunun 1/4 finalında “Başakşehir”ə 2-3 uduzan “sarı-qırmızılar” birincilik uğrunda mübarizədən kənar qalıblar. Klub və azarkeşləri hakimlərin bir neçə epizodda qəsdli şəkildə “Qalatasaray”ın əleyhinə qərar verdiyini iddia edirlər.
Qalereya
Oxşar xəbərlər
"Qalatasaray" İkardini cəzalandıracaq?
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk futbolçusu Maura İkardi ilə görüşüb. BAKU.WS "Hürriyet"ə istinadən xəbər verir ki, o, görüş zamanı argentinalı hücumçunu...