Matçın ən yaxşı oyunçusuna bir araba kartof hədiyyə etdilər
Danimarka Superliqasının 3-cü turunda keçirilən "Sönneryuysk" – "Norşelland" qarşılaşması ev sahiblərinin müdafiəçisi Maksim Sulya üçün unudulmaz olub.
BAKU.WS xəbər verir ki, hederslev təmsilçisi "Norşelland" üzərində 3:2 hesablı əzmkar qələbə qazanıb.
Oyunun hesabını açan futbolçu da məhz fransalı müdafiəçi Maksim Sulya olub.
Görüşdən sonra o, matçın ən yaxşı oyunçusu seçilib.
Maraqlısı isə budur ki, Sulya bu uğura görə qeyri-adi bir mükafat alıb – sponsor tərəfindən ona 55 kiloqram təzə kartof təqdim olunub.
Bu hadisə komandanın rəsmi sosial şəbəkə hesabında da paylaşılaraq böyük marağa səbəb olub.
Oxşar xəbərlər
Yuri Vernidub Kurban Berdıyevlə əl sıxmasına görə tənqid edildi
"Neftçi" klubunun baş məşqçisi Yuri Vernidub Azərbaycan çempionatının 23-cü turunda "Turan Tovuz" komandasının çalışdırıcısı Kurban Berdiyev ilə oyundan sonra ə...