Matç zamanı futbolçulara arılar hücum etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Tanzaniyadakı Kvaraa stadionunda keçirilən yoldaşlıq futbol matçı arı hücumu səbəbindən yarımçıq qalıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriyanın "Siti Abuja" klubu ilə Zanzibarın JKU klubu arasında keçirilən matç 78-ci dəqiqədə stadionun yaxınlığındakı ağacdan arıların çıxaraq meydançanın üzərindən uçmağa başlaması ilə yarımçıq qalıb.
Oyunçular və hakimlər briqadası sancılmamaq üçün çəmənliyə uzanmalı olub.
Bir neçə dəqiqədən sonra dəstə dağılıb və komandalar matçı fasiləsiz başa vura bilib. Qarşılaşma 2:1 hesabı ilə Nigeriya klubunun xeyrinə başa çatıb.
Nəşr qeyd edir ki, hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib. Bununla belə, yerli mütəxəssislərin fikrincə, arıları hava şəraiti və yaxınlıqdakı çiçəkli ağaclar, həmçinin yüksək səslər və titrəyişlər narahat edə bilər.
Qalereya
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...