"Marsel" - "Qarabağ" oyununda tamaşaçı sayının az olmasının SƏBƏBİ
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Fransada "Marsel" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının ilk oyununda azarkeş sayının az olmasının əsl səbəbi açıqlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Marseldə ermənilərin sıx məskunlaşdığını nəzərə alan şəhər rəhbərliyi "Velodrom" stadionunda oynanılacaq matç zamanı tərəfdarlar arasında mümkün qarşıdurma riskini azaltmaq məqsədilə arenaya cəmi 20 000 tamaşaçının buraxılmasına icazə verib.
Bu addım həmçinin ölkədə koronavirusla bağlı sanitar-epidemioloji vəziyyətə görə atılıb.
Qeyd edək ki, "Marsel" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Oxşar xəbərlər
Fransa səfiri: “Marsel”–“Qarabağ” oyunu ilə bağlı bütün təhlükəsizlik tədbirləri görülüb”
Marseldəki oyunla bağlı bütün təhlükəsizlik tədbirləri görülüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Fransanın Azərbaycandakı səfiri Zaka...