Marko Manenti "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin qalibi olub
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyalı Marko Manenti "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin qalibi olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, 152,7 kilometr məsafəni birinci başa vurub.
"Bardiani CSF 7 Saber" komandasının üzvü məsafəni 3 saat, 11 dəqiqə, 46 saniyəyə qət edib. "Astana"dan Henok Mulubrhan ikinci, ekvadorlu Pita Kristian David ("Roojai İnsurance Winspace") üçüncü yeri tutub.
İlk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə "Astana"nın rusiyalı üzvü Qleb Suritsa bütün rəqiblərini qabaqlayıb.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...