Markinyos: "Yaponiya ilə oyun çox çətin olacaq, amma biz hazırıq"

Markinyos: Yaponiya ilə oyun çox çətin olacaq, amma biz hazırıq
İdman 24

Braziliya millisinin müdafiəçisi Markinyos 2026-cı il Dünya çempionatının 1/16 finalında Yaponiya ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli futbolçu rəqibi zəif hesab etməyin böyük səhv olacağını bildirib:

"Bu, çox çətin oyun olacaq, amma biz buna hazırıq. Yaponiya millisinin gücünü qiymətləndirməmək düzgün olmaz. Onlar yüksək səviyyəli komanda olduqlarını artıq sübut ediblər. Hətta bu dünya çempionatına bizdən daha inamlı gəldiklərini demək olar."

Markinyos qeyd edib ki, komanda rəqibi ətraflı təhlil edib və qarşılaşmaya xüsusi taktika ilə hazırlaşıb:

"Məşqlər keçirmişik, oyun videolarını izləyərək təhlillər aparmışıq və strategiyamızı müəyyənləşdirmişik. Məqsədimiz Yaponiyanın güclü tərəflərini zərərsizləşdirməkdir. Turnirin ilk oyununda istədiyimiz performansı göstərə bilmədik, lakin ikinci və üçüncü matçlarda oyunumuzu xeyli yaxşılaşdırdıq. Hər epizoda və hər detala maksimum diqqət yetirməliyik."

Qeyd edək ki, Braziliya və Yaponiya milliləri arasında 1/16 final görüşü 29 iyun tarixində keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər