Mariya Stadnik Polşada qızıl medal qazanıb
27
iyl
2023
23:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən “Poland Open” turnirində qızıl medal qazanıb.
BAKU.WS xəbər verir ki, 50 kiloqramda çıxış edən titullu idmançı finalda yerli Anna Lukasyakı 7:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, həlledici görüşədək kanadalı Keti Dutçak, polşalı Amanda Tomçik və Kanadanın digər təmsilçisi Madison Parksa “tuş”la qalib gəlib.
Qeyd edək ki, iyulun 28-də Jalə Əliyeva (57 kiloqram) və Elis Manolova (62 kiloqram) mübarizəyə başlayacaq.
Oxşar xəbərlər
Güləşçilərimiz Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla başladı - YENİLƏNİB/VİDEO
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib. BAKU.WS Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki,Qitə biri...