Mahmud Qurbanov: "Bakıdakı oyun "Nyukasl" üçün asan olmayacaq"

Mahmud Qurbanov: Bakıdakı oyun Nyukasl üçün asan olmayacaq
Foto Açıqlama
İdman 58

"Qarabağ" illərdir ki, özünün sabit və formalaşmış oyun sistemi ilə seçilir. Evdə və ya səfərdə olmasından asılı olmayaraq, bütün rəqiblərə qarşı demək olar eyni oyun fəlsəfəsi ilə çıxış edir və bu üslub ona çoxlu uğurlar qazandırıb".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycanın veteran futbolçusu Mahmud Qurbanov bildirib.

Onun sözlərinə görə, "Qarabağ"ın rəqibi "Nyukasl" fərqli oyun üslubuna malik komandadır:

"Onlar İngiltərə klubu olaraq fiziki gücə, tempə və sona qədər mübarizə aparmaq bacarığına malikdir. Komanda oyunun əvvəlindən sonuna qədər yüksək ritmdə çıxış etməyi bacarır. Heyətində dünya futbolunda çox tanınmış ulduzlar az olsa da, vaxtilə "Milan"da çıxış etmiş Tonali olması diqqət çəkir. Digər oyunçular isə daha çox kollektiv oyunla ön plana çıxırlar.

"Nyukasl"ın baş məşqçisi dünya futbolunda super ulduz statusunda olmasa da, kifayət qədər təcrübəli mütəxəssisdir və uzun illərdir komandanı çalışdırır. Bu da klubun müəyyən oyun intizamına malik olduğunu göstərir".

Mahmud Qurbanov:

Yığmanın sabiq üzvü və məşqçisi əlavə edib ki, "Qarabağ" üçün qarşıdakı oyun asan olmayacaq:

"İlk görüşün evdə keçirilməsi müəyyən üstünlük yaratsa da, rəqibin ingilis futboluna xas sərt və templi oyunu ciddi sınaq olacaq. Digər tərəfdən, Qarabağ futbolçuları "Liverpul"la oyundan sonra ingilis klublarına qarşı oyun baxımından mühüm təcrübə qazanıblar. Böyük hesablı məğlubiyyətə baxmayaraq, həmin matçda buraxılan boşluqların analiz ediləcəyi şübhəsizdir.

Bu oyunda şansların olduğunu demək olar. "Qarabağ" üçün çətin, "Nyukasl" üçün isə Bakıda oynamaq baxımından asan olmayan qarşılaşma gözlənilir. Hər iki komandanı maraqlı və gərgin mübarizə gözləyir".

Orxan Hüseyn

Son xəbərlər