Mahir Emreli növbəti oyunu da buraxacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun səfərdə "Slaven Belupo"ya qarşı keçirəcəyi Xorvatiya çempionatının II tur oyununu buraxacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, zədəsini yenicə sağaldan 25 yaşlı hücumçu bərpa prosesi keçdiyindən qarşıdakı görüşdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, iyulun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Emreli daha əvvəl çempionatın I turunda "Lokomotiv"ə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmanı, həmçinin, Şimali Makedoniya "Şkupi"si ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda meydana çıxmayıb.
Oxşar xəbərlər
Avropa Liqası: "Neftçi" evdə Finlandiya çempionu ilə heç-heçə etdi - YENİLƏNİB
“Neftçi” 2021/2022 mövsümündə UEFA Avropa Liqasında ilk oyununu keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Bakcell Arena”da Finla...