Mahir Emreli het-trik etdi, komandası qələbə qazandı
18
may
2025
20:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda het-trikə imza atıb.
BAKU.WS xəbər verir ki, 28 yaşlı hücumçu II Bundesliqanın 34-cü turunda "Ayntaxt Braunşveyq" ilə səfər matçında 3 qol vurub.
Emreli 10-cu, 20-ci və 45+1-ci dəqiqələrdə fərqlənib. Futbolçu ikinci qoldan sonra sarı vərəqə alıb və ikinci hissənin sonlarında əvəzlənib.
Görüş "Nürnberq"in 1:4 hesablı qələbəsilə yekunlaşıb.
Həmyerlimizin çıxış etdiyi klub çempionatı 48 xalla 10-cu yerdə bitirib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...