Mahir Emreli Çempionlar Liqasının debüt oyununda dubl etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşa “Legiya”sında rəsmi debütü uğurlu alınıb.
BAKU.WS "Apasport.az"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Bodo Qlimt”ə qarşı forma geyinib.Forvard Norveçdəki səfər oyununa start heyətində başlayıb. O, erkən qola sevinən “Legiya”nın ilk yarıdakı ikinci topuna 41-ci dəqiqədə imza atıb. Fasilə ərəfəsində skandinaviyalılar fərqi artırsa da, Mahir ikinci hissədə də qol sevinci yaşayıb. O, 61-ci dəqiqədə fərqlənib.
Debüt oyununda dubla imza atan Emreli matçın 79-cu dəqiqəsində əvəzlənib. Meydan sahibləri daha bir qol vursa da, təmsilçimizin komandası 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də baş tutacaq.
Oxşar xəbərlər
Mahir Emreli: "Uğur qazanmaq istəyiriksə, heç kimdən qorxmamalıyıq"
"Varşavaya gəldiyim ilk gündən elə təəssürat yaranıb ki, hər şey yolunda gedəcək. Sanki, illərdir buradayam. Bəlkə də "Legiya"da uğurlu starta məhz bu amil səbə...