Lukakudan "Fənərbağça" azarkeşlərinə söz: "3 aya türkcə danışacağam"
"Fənərbağça"nın yeni hücumçusu Romelu Lukaku futbol bacarığı ilə yanaşı, dil öyrənmək qabiliyyəti ilə də diqqət çəkib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 8 dil bildiyi qeyd olunan belçikalı ulduz İstanbul təmsilçisinə transferindən sonra türkcə öyrənmək qərarına gəldiyini açıqlayıb.
Lukaku klubun "YouTube" kanalına müsahibəsində türkcəni cəmi 3 aya öyrənərək danışmaq istədiyini bildirib.
"Türkcəni öyrənməyi çox istəyirəm. Dostlarımla bu barədə danışırdım. Ümid edirəm, bazar ertəsi və ya cümə axşamı dərslərə başlaya bilərik. Özümü ifadə etməyə çalışacağam. İlk 3 ayda bunu hədəfləyirəm. Çətin olacaq, amma mən tez öyrənirəm. Türkcə danışacağam. Həm də 3 aya! Bu, rekord olacaq", - deyə Lukaku bildirib.
Qeyd edək ki, UEFA-nın futbolçu ilə bağlı hazırladığı profildə Lukakunun niderland, fransız, ispan, portuqal, linqala, ingilis və italyan dillərində danışdığı, alman dilini isə başa düşdüyü qeyd olunur.
Belçikalı hücumçu İstanbula gəldikdən sonra azarkeşlərlə türkcə ünsiyyət quraraq "Sarı, lacivert, şampiyon, Fənər" ifadələrini səsləndirmişdi.
Lukakunun açıqlaması isə Türkiyədə uzun illər çıxış edən, lakin türkcə müsahibə verməməsi ilə tənqid olunan Fernando Musleranı da yada salıb. Muslera bunun səbəbini müsahibələrdə "Qalatasaray" kapitanı kimi danışması və yanlış anlaşılmaq istəməməsi ilə izah etmişdi.
Oxşar xəbərlər
Okan Burukdan Osimhenə xüsusi XƏBƏRDARLIQ: "Sakit qal"
"Qalatasaray" yeni mövsümün açılışını bu axşam "Çorum FK" ilə keçirəcək. Qarşılaşma öncəsi diqqətlər komandanın ulduz futbolçusu Viktor Osimhenə yönəlib. BAKU.W...