"Liverpul"dan rekord təklif: PSJ-nin ulduzu İngiltərəyə keçməyə yaxındır
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərənin "Liverpul" klubu Fransa çempionu PSJ-nin hücumçusu Bredli Barkolanı transfer etmək üçün rəsmi addım atıb.
BAKU.WS xəbər verir ki, tanınmış transfer insayderi Fabrizio Romanonun yaydığı məlumata görə, tərəflər arasında futbolçunun keçidi ilə bağlı artıq rəsmi danışıqlar başlayıb.
Məlumata əsasən, "Liverpul" 22 yaşlı vinger üçün 100 milyon avrodan artıq məbləğdə ilk təklifini təqdim edib. Lakin Paris təmsilçisi bu rəqəmi kifayət qədər aşağı hesab edir və futbolçunun transferi üçün daha yüksək məbləğ tələb edir.
Bildirilir ki, Barkolanın özü də karyerasını Premyer Liqada davam etdirmək və "Liverpul"a qoşulmaq istəyir. Fabrizio Romano futbolçunun bu istəyini hələ may ayında da gündəmə gətirmişdi.
Qeyd edək ki, Bredli Barkola ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 49 oyuna çıxıb. O, bu görüşlərdə 13 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalının son qiymətləndirməsinə görə, fransalı futbolçunun bazar dəyəri hazırda 90 milyon avro təşkil edir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...