Lionel Messi: "Azərbaycanın mədəniyyəti və insanları ilə az da olsa, tanış oldum"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın mədəniyyəti və insanları ilə az da olsa, tanış oldum.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi deyib.
"Hər kəsi salamlayıram. Bu cür isti münasibətə görə təşəkkür edirəm. Dəstəyə görə çox sağ olun".
Qeyd edək ki, L.Messi ilə birlikdə Bakıya onun komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba da gəliblər. Bakı Kristal Zalında təşkil edilən tədbirə bilet satışından əldə olunan vəsait isə xeyriyyə məqsədinə yönəldiləcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...