Lamine Yamalın atası "Real Madrid" azarkeşlərinə müraciət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Barselona"nın 17 yaşlı cinah oyunçusu Lamine Yamalın atası Munir Nəsraui "Real Madrid" azarkeşlərinə müraciət edib.
BAKU.WS championat.com-a istinadən xəbər verir ki, buna səbəb azarkeşlərin Yamalı təhqir etməsi olub.
"Lamine təkcə "Barsa"da deyil, həm də milli komandada oynayır. Belə gənc yaşında "blaugrana"da artıq 100 oyun keçirmiş oğlanı tərifləməliyik. İnsanların onun haqqında pis danışmasını xoşlamıram. Onu danlamağa ehtiyac yoxdur. "Barsa azarkeşləri "Real Madrid"in gənc istedadlarını təhqir etmirlər", - deyə Nəsraui müraciətində bildirib.
Qeyd edək ki, bu mövsüm Yamal bütün turnirlərdə 49 matçda iştirak edib, 15 qol vurub və 24 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...