Lamin Yamal "Barselona"nın ÇL-də "Borussiya" üzərində qazandığı qələbədən danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal komandasının Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunda Dortmund "Borussiya"sı ilə oyunda (3:2) əldə etdikləri qələbədən danışıb.
BAKU.WS UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, matçdan çox razı qaldığını bildirib.
"Oyundan çox razıyıq. Bu stadionda üç xal qazanmaq heç də qarantiya deyil. Bunun üçün çox çalışdıq və mükafatımızı aldıq. "Borussiya" işimizi çox çətinləşdirdi və həmişə bizə qarşılıq verdi. Nəticə bizim üçün çox vacibdir, çünki "Benfika" və "Atalanta" ilə iki çox çətin final matçımız var", - Yamal açıqlamasında qeyd edib.
Qeyd edək ki, "Barselona" Çempionlar Liqasının turnir cədvəlində ikinci yerdədir. "Borussiya" 9-cu yerdədir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...