La Liqa təmsilçisinin qapıçısı Portuqaliya klubuna keçib
14
yan
2025
22:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliya təmsilçisi "Sportinq" İspaniyanın "Betis" komandasının qapıçısı Ruy Silvanı heyətinə qatıb.
"Report" xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı qolkiper cari mövsümün sonuna qədər lissabonluların şərəfini qoruyacaq.
Qeyd edək ki, R.Silva cari mövsüm "Betis"in heyətində 17 qarşılaşmada meydana çıxıb və 18 qol buraxıb. O, 6 matçda qapısının toxunulmazlığını qoruyub.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub. BAKU.WS xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Bab...