KİV: "Qalatasaray" dünya çempionu ilə anlaşdı" - FOTO
26
iyn
2023
15:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Qalatasaray" klubu argentinalı dünya çempionunu heyətinə qatmağa çox yaxındır.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sarı-qırmızılı"lar PSJ-də çıxış edən Leandro Paredeslə 4 illik müqavilə əsasında razılığa gəlib.
Oyunçunun bu transferdən qazancı isə illik 2.5 milyon Avro təşkil edəcək.
Məlumata görə, keçid baş tutacağı təqdirdə "Cim-bom" Lukas Torreyranı İtaliyanın "Latsio" klubuna satacaq.
Qeyd edək ki, daha öncə mətbuatda futbolçunun PSJ-də qalmaq fikrində olduğu iddia edilmişdi.
Qalereya
Oxşar xəbərlər
Hansı baş məşqçi komandasını çempion edə biləcək? - "CimBom"
Dünən axşam "Beşiktaş"ın "Qalatasaray"ı məğlub etməsindən sonra Super Liqada çempionluq mübarizəsi daha da gərginləşib. BAKU.WS xəbər verir ki, hazırda 30 oyund...